• 25 May 2022
logo
TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının növbəti iclası Qazaxıstanda keçiriləcək

TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının növbəti iclası Qazaxıstanda keçiriləcək

TÜRK PA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının növbəti iclasının keçiriləcəyi ölkə müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə qərar TÜRK PA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının Milli Məclisdə keçirilən IX toplantısında qəbul edilib.

Komissiyanın növbəti toplantısı 2023-cü ilin may ayında Qazaxıstanda baş tutacaq.