• 21 May 2022
logo
Sadır Japarov: "Qırğızıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var”

Sadır Japarov: "Qırğızıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var”

“Qırğızıstan-Azərbaycan münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Sizin atanız, möhtərəm Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan bizim aramızda, Qırğızıstan ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var”.
Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilə təkbətək görüşü zamanı deyib.
“Biz azərbaycanlı qardaşlarımızla əməkdaşlığa həmişə hazırıq. İcazə verin, qonaqpərvərliyə və Sizinlə görüşmək imkanı yaratdığınıza görə bir daha təşəkkürümü bildirim”, - o qeyd edib.