Milli Məclisdə Hesablama Palatasının 2021-ci il üzrə hesabatı müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi daxil edilib.
Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edir.
İclasda parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri və deputatlar iştirak edir.