• 12 İyul 2025
logo
Azərbaycan-Gürcüstan-Türkiyə parlament komitələrinin növbəti iclası Şuşada keçiriləcək

Azərbaycan-Gürcüstan-Türkiyə parlament komitələrinin növbəti iclası Şuşada keçiriləcək

Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti iclası may ayında Bakıda və Şuşada keçiriləcək.
Bu barədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Tbilisidə gürcüstanlı həmkarı Şalva Papulaşvili ilə birgə brifinqdə bildirib.
O qeyd edib ki, görüş zamanı hər üç ölkənin xarici əlaqələr komitələri arasında üçtərəfli formatda əlaqələrin vacibliyi və zəruriliyi vurğulanıb.