• 26 May 2022
logo
Sahibə Qafarova Gürcüstana rəsmi səfərə gəlib

Sahibə Qafarova Gürcüstana rəsmi səfərə gəlib

Aprelin 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlib.
Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında nümayəndə heyətini Gürcüstan Parlamenti sədrinin müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arçil Talakvadze, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub.