• 29 May 2022
logo
Kalın amerikalı konqresmenlərlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Kalın amerikalı konqresmenlərlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın amerikalı konqresmenlərlə görüşüb.
Görüş İstanbulda Dolmabahçe İş Ofisində baş tutub.
Görüşdə enerji təhlükəsizliyi, müdafiə sahəsində əməkdaşlıq, ikitərəfli siyasi və iqtisadi əlaqələr dəyərləndirilib.
Eyni zamanda, regional məsələlər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Suriya, İsrail, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.