• 16 İyul 2025
logo
Edi Ramanın Azərbaycana rəsmi səfəri başa çatıb

Edi Ramanın Azərbaycana rəsmi səfəri başa çatıb

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana rəsmi səfəri aprelin 15-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Albaniyanın Baş naziri Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.