Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan-Azərbaycan münasibətlərində növbəti günlərdə hansı yeniliklərin gözlənildiyinə aydınlıq gətirib.
Nazir jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan tərəfi müsbət addımları alqışlayır.
XİN başçısı əlavə edib ki, bu istiqamətdə işlər davam etməlidir.
Nazir, yaxın günlərdə, yaxın həftələrdə bu proseslə bağlı hansısa nəticə gözləmədiklərini vurğulayıb: “Təbii ki, prosesin nəticələri olacaq, növbəti addımlar atılacaq. Azərbaycan tərəfi öz xoş niyyətini ortaya qoyub və bunu tək sözdə yox, əməldə də nümayiş etdirir. Qarşı tərəfin də müsbət addımlarını gördüyümüz zaman bu baş verəcək”.