• 18 Sentyabr 2024
logo
“Nikol Paşinyan Moskvanın təzyiqlərini qəbul etməyəcək”

“Nikol Paşinyan Moskvanın təzyiqlərini qəbul etməyəcək”

“Azərbaycan və Ermənistan arasında Brüssel görüşündən sonra Rusiya prezidenti VladmirPutinin Ermənistanın baş naziri Nikol Paşinyana zəngi, həmçinin Lavrovla Mirzoyanın Moskva görüşündə verilən mesajlar Kreml tərəfindən prosesin sabotaj edilməsinə hesablanıb”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. M.Əsədullazadə bildirib ki, Rusiya, Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh danışıqlarının, sərhədlərin delimitasiya və demraksiyası üzrə komissiyanın yaradılmasına qarşıdır: “Moskva çalışır ki, iki ölkə arasında bir başa təmas olmasın və yalnız onun vasitəçiliyi ilə proses davam etsin. Bu da prosesinmüddətsiz uzanmasına gətirib çıxarır. Bureallıqla Azərbaycan razılaşmayacaq. Həmçinin Türkiyə də Rusiyanın davam edən nəticəsiz “vasitəçiliyini” qəbul etməyəcək.
Məhz Kreml Brüssel görüşündə əldə olunanrazılaşmaların Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsində maraqlıdır. Ermənistana cidditəzyiqlər edilərək, Azərbaycanla əldə olunanrazılaşmaları yerinə yetirilməməsinə çalışır.
Rusiyanın bu siyasəti effektli olmayacaq. Brüssel razılaşamlarının yerinə yetirlməməsi üçün Nikol Paşinyan Moskvanın təzyiqlərini qəbul etməyəcək. Aprelin sonuna kimisərhədlərin delimitasiya və demarkasiyası üçünikitərəfli komissiya baş tutmasa, bu İrəvanın əleyhinə olacaq.
Rusiya rəhbərliyi növbəti dəfə Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşünütəşkil edə bilər. Ukrayna müharibəsi fonundatəzyiqlərlə üzləşən Rusiya rəhbərliyi üçün yenibir proses başlayarsa, Ermənistana təzyiq edibsülh müqaviləsinin bağlanmasına töhfə verərsə, Cənubi Qafqazda öz imicini bərpa edə bilər...”.