• 25 May 2022
logo
“İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb”

“İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb” - Elxan Şahinoğlu

“Pakistanda illər uzunu baş nazirlər və hökumətlər korrupsiya ittihamları ilə üzləşiblər. Baş nazirlər sonrakı illərdə korrupsiyaittihamları ilə ya həbs olunublar, ya da Pakistanı tərk edərək əsasən Londonda siyasi sığınacaq tapıblar. Bu dəfə isə durum fərqli idi”. Xalaqcəbhəsi.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəıhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Pakistanın baş naziri İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb: “İmran Xanın Çinlə yanaşı Rusiya ilə yaxınlaşması müxalifətin və indi bəlli olur ki, pakistanlı generalların xoşuna gəllməyib. Pakistan İmran Xandan əvvəl də Çinlə sıx əlaqələr qurub. Bu siyasi ittifaq Hindistanəleyhinədir. Çinin Pakistana böyük yatırımları da mövcuddur.
Pakistanın xarici siyasətində Rusiya amiliyenidir. Görünür, bunda da Çin amili roloynayıb. Rusiya ilə strateji tərəfdaş olan Pekinİslamabada da eyni “siyasəti” təklif edib.Rusiya prezidenti Vladimir Putin Ukraynayaqarşı işğalçı müharibədən bir neçə gün əvvəlİmran Xanı Moskvada qəbul edib. Bu Pakistan müxalifətiylə yanaşı ABŞ-ın da xoşunagəlməyib. İmran Xan əmindir ki, onunparlamentdə devrilməsində Vaşinqtonun roluolub. İmran Xan müxalifət nümayəndələriniABŞ səfirliyində müzakirələrdə iştirakdaittiham edib. Vaşinqtonun son illərdəHindistanla qurduğu sıx siyasi və hərbi əlaqələrPakistanın hərbi dairələrində narahatlıqdoğurub. Pakistan generalları hesab edəbilərdilər ki, İmran Xanın Çin və Rusiya iləyaxınlığı ABŞ-Hindistan ittifaqını daha dagücləndirir və ona görə onların da baş nazirləyolları ayrılıb”.
Əli