“Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında 6 apreldə Brüsseldə əldə olunan razılaşmalarda mühüm məqamlardan biri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır”. Bunu baymedia.az-a açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb. Birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir. Razılaşmanın Soçi bəyanatına uyğun olaraq əldə edilməsi də diqqətə alınmalı nüansdır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun 6 aprel Brüssel görüşünü, burada əldə edilən razılaşmaları normal qəbul etdiklərini bildirməsi təsadüfi deyil: “Razılaşmada həmçinin Rusiyanın vasitəçiliyi ilə əldə edilən iki anlaşmaya - 10 noyabr və 26 yanvar bəyanatlarına istinad edilir, 10 noyabr razılaşmasının bütün bəndlərinin icrasının zəruriliyi qeyd olunur, sərhədlə bağlı ikitərəfli komissiyanın yaradılması da Rusiya masasındakı razılaşmaya əsaslanır”.
Deputat deyib ki, sərhədlə bağlı birgə komissiyanın aprelin sonuna kimi yaradılması barədə razılaşma o deməkdir ki, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsi gündəliyə gələcək: “Bəyanatda “10 noyabr razılaşmasının bütün bəndlərinin tam icra edilməsinin zəruriliyi” də bunu deməyə əsas verir”.
Əli