• 25 May 2022
logo
Avropa İttifaqının səfiri Azərbaycana təşəkkür edib

Avropa İttifaqının səfiri Azərbaycana təşəkkür edib

"Azərbaycan hökumətinə pandemiya ilə mübarizədə əldə etdiyi nailiyyətlərə görə təşəkkür edirəm. Ən əsas da vaksinasiyada yüksək nəticə əldə edilib".
Bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.
Səfirin sözlərinə görə, bu çərçivədə Avropa İttifaqının Azərbaycana təhvil verdiyi avadanlıqlar da məhz həmin nailiyyətlərə xidmət edir: "Bundan sonra da Avropa İttifaqı öz dəstəyini davam etdirəcək".