• 28 May 2022
logo
Azərbaycan səfiri Danimarka Kraliçasına etimadnaməsini təqdim edib

Azərbaycan səfiri Danimarka Kraliçasına etimadnaməsini təqdim edib

Azərbaycanın Respublikasının Danimarka Krallığında akkredite olunmuş səfiri Elin Süleymanov Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteyə etimadnaməsini təqdim edib.
Protokol qaydalarına və Krallıq ənənələrinə uyğun olaraq səfir xüsusi müşayiət ilə Amalienborq sarayına gətirilib.
Görüşün əvvəlində səfir E.Süleymanov Prezident İlham Əliyevin səmimi salamlarını Kraliçaya çatdırıb. E.Süleymanov Azərbaycanın Danimarka Krallığında səfir kimi akkreditə olunmasından böyük şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.
Öz növbəsində, Kraliça II Marqrete Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, özünün də salamları və ən xoş arzularının Azərbaycanın ölkə başçısına çatdırılmasını xahiş edib. O, həmçinin səfir Elin Süleymanova fəaliyyətində uğurlar arzu edib.
Söhbət əsnasında, tərəflər son onilliklər ərzində Azərbaycanla Danimarka arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə edib, əlaqələrin bundan sonra daha da genişləndirilməsinə dair perspektivləri müzakirə ediblər.
Səfir Süleymanov həmçinin, Azərbaycan ilə Danimarka arasında diplomatik münasibətlərin 30 illiyi münasibəti ilə xarici işlər naziri səviyyəsində təbrik məktubu mübadiləsinin baş tutmasını əhəmiyyətli addım kimi vurğulayıb.
Sonda səfir, taxtda olmasının 50 illiyi münasibətilə Kraliça Ülyahəzrət II Marqreteyə səmimi qəlbdən təbriklərini çatdırıb.
Səfər çərçivəsində, Səfir Süleymanovun Danimarka Krallığı Xarici İşlər Nazirliyində görüşləri nəzərdə tutulub.

Azərbaycan səfiri Danimarka Kraliçasına etimadnaməsini təqdim edib