• 29 Mart 2024
logo
Bu partiyalar növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edib

Bu partiyalar növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bir sıra siyasi partiyaların müraciətinə baxılıb.

MSK-nın iclasında Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətə baxılıb.

Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-da keçiriləcək.