• 28 May 2022
logo
NATO Buçada baş verənlərlə bağlı istintaqın başladılmasını dəstəkləyir

NATO Buçada baş verənlərlə bağlı istintaqın başladılmasını dəstəkləyir

“Bir neçə gün əvvələ qədər Rusiya qüvvələrinin nəzarətində olan Buça və Kiyev ətrafındakı digər şəhərlərdə mülki əhalinin qəddarlıqla öldürülməsi ilə bağlı görüntüləri hamımız gördük”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, Buçada baş verənlər ağlasığmazdır: “Bu, qəddarlıqdır. Avropa son illərdir ki, belə bir hadisəyə şahid olmayıb. Mülki əhalinin hədəf alınması və qətlə yetirilməsi müharibə cinayətidir. NATO müttəfiqləri bununla bağlı istintaqın başladılmasını, Beynəlxalq Cinayət Məhkəməsi və BMT vasitəsilə araşdırılmasını dəstəkləyir. Bunu törədənlər məsuliyyətə cəlb olunmalıdır”.