• 5 İyul 2025
logo
Nazir: “AŞ-nin Azərbaycan üçün Fəaliyyət Planı 22 prioriteti əhatə edir”

Nazir: “AŞ-nin Azərbaycan üçün Fəaliyyət Planı 22 prioriteti əhatə edir”

“Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir. Üzvlüyümüz dövründə Azərbaycan bir sıra nəaliyyətlər əldə edib”.

Bunu ədliyyə naziri Fikrət Məmmədov “Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı”na həsr olunan tədbirdə bildirib. Onun sözlərinə görə, Avropa dəyərlərinə sadiq olan Azərbaycan 2014-cü ildə Nazirlər Komitəsinə sədrlik edib, müxtəlif illərdə AŞ-dakı Azərbaycan nümayəndələru müxtəlif komitələrdə fəal işləyib və bu davam edir.
Nazir deyib ki, yeni Fəaliyyət Planı 22 prioriteti əhatə edir.

Azərbaycanın AŞ-la əməkdaşlığı çərçivəsində reallaşn islahatlara toxunan Fikrət Məmmədov deyib ki, məhkəmə sahəsində işlər förülüb, hakim korpusu 75 faiz yenilənib, gənc kadrlar cəlb olunub, gender bərabərləyi istiqamətində irəliləyiş olub:

“Bakıda və müxtəlif regionlarda 35 məhkəmə üçün yeni binalar istifadəyə verilib, bu binalar elektron avadanlıqlarla təchiz olunub”.

Nazir qeyd edib ki, Azərbaycanda pentensiar sistemdə vərəmlə mübarizədə uğurlar əldə olunub:

"ÜST müxtəlif ölkələrin bizim təcrübəmizi öyrənməsi üçün təlim mərkəzi yaradıb. Onlarla ölkənin nümayəndələri bu mərkəzdə bizim təcrübəmizi öyrənib."