Rusiya ilə Azərbaycan arasında müttəfiqlik haqqındakı Moskva Bəyannaməsinin müddəaları gələcəyə yönəlib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Rusiya ilə Azərbaycanın diplomatik əlaqələrinin 30 illiyini yeni keyfiyyətdə qeyd etməsi olduqca simvolikdir: “Bu il fevralın 22-də Moskvada prezidentlər Vladimir Putin və İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməni imzalayıblar. Bu sənədin müddəaları gələcəyə yönəlib. Yeni müttəfiqlik münasibətləri güclü mehriban qonşuluq, bərabərlik və bir-birinin maraqlarının nəzərə alınması ənənələri əsasında əvvəlki kimi mütərəqqi şəkildə inkişaf edəcək. Bu, Rusiya və Azərbaycan xalqlarının uzunmüddətli maraqlarına tam cavab verir”.