• 7 Sentyabr 2024
logo
“Aprel döyüşləri Ermənistan ordusu barədə fomalaşdırılan mifi darmadağın etdi”-Aydın Hüseynov

“Aprel döyüşləri Ermənistan ordusu barədə fomalaşdırılan mifi darmadağın etdi”-Aydın Hüseynov

“Aprel döyüşləri Azərbaycan tarixinin önəmli hadisələrindən biridir. Çünki Azərbaycanın zəfərə gedən yollu 6 il bundan öncə , 2016- cı ilin aprelində baş verəbn 4 günlük döyüşlərdə başladı”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov səsləndirib. Millət vəkili bildirib ki, Aprel döyüşləri Azərbaycanın 2020-ci il 44 günlük Vətən Müharibəsində tarixi qələbəsinin xəbərçisi idi: “Aprel döyüşlərində Azərbycan ordusu Ermənistana öz gücünü göstərdi.Xeyli ərazi, o cümlədən strateji əhəmiyyətə malik Lələtəpə işğaldan azad olundu. Həmçinin düşmən xeyli itki verdi. Ermənilər bununla da işğalı uzun müddət davam etdirə bilməyəcəklərini anladılar”.
Millət vəkili əlavə edib ki, Aprel döyüşləri zamanı ölkədə milli birlik ön plana çıxdı: “Bütün yaş qruplarından olan insanlarımız, xüsusilə də gənclərimiz orduya dəstək nümayiş etdirdilər. Orduya dəstək aksiyalarında dövlət və xalq birliyi ifadə olundu. Bundan sonra hər kəsdə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inam möhkəmləndi”.
Millət vəkili əlavə edib ki, Aprel döyüşləri həmçinin Ermənistan ordusu barədə fomalaşdırılan mifi də darmadağın etdi: “Ermənistan ordusunun həqiqi siması üzə çıxdı. Məhz bunun nəticəsində Aprel döyüşlərindən sonra Ermənistan ordusunda istefalar, həbslər baş verdi. Eyni zamanda Ermənistan hökumtində və cəmiyyətində parçalanmalar yarandı.
Azərbaycan ordusunda isə əksinə Prezident İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç üzvü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Eyni zamanda digər hərbçilərimiz yüksək mükafatlarla təltif edildilər. Bütün bunlar isə Aprel döyüşlərinin Azərbaycanın qəhrəmanlıq salnamələrindən biri olduğunun göstəricisidir”.

Əli Zülfüqaroğlu