• 28 May 2022
logo
Azərbaycan-İtaliya əlaqələrinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan-İtaliya əlaqələrinə həsr olunmuş konfrans keçirilib - FOTO

ADA Universitetində “Azərbaycan-İtaliya: Çoxtərəfli strateji tərəfdaşlığa gedən yol” adlı konfrans keçirilib.
Konfransda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 1992-ci ilin yanvarında İtaliya Azərbaycanın müstəqilliyini tanıyıb, elə həmin ilin may ayında isə ölkələr arasında diplomatik əlaqələr qurulub.
Nazir deyib ki, əslində iki ölkə arasında münasibətlərin tarixi kökləri var: “Azərbaycanın ötən əsrin 90-cı illərində müstəqilliyini qazanması münasibətlərin inkişafında yeni səhifə oldu. İtaliya Cənubi Qafqazda ilk səfirliyini Bakıda açdı”.
Onun sözlərinə görə, Azərbaycan və İtaliya bir-birlərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır, dəstəkləyir.
Ceyhun Bayramova diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazda İtaliyanın ən böyük ticarət tərəfdaşıdır, bu, regionun 95 faiz iqtisadi əməkdaşlığını təşkil edir. Nazir əlavə edib ki, 113 İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir.
Tədbir çıxışlarla başa çatıb.

Azərbaycan-İtaliya əlaqələrinə həsr olunmuş konfrans keçirilib - FOTO Azərbaycan-İtaliya əlaqələrinə həsr olunmuş konfrans keçirilib - FOTO