• 26 May 2022
logo
Luici Di Maio: “Rusiyaya qarşı sanksiyalar Avropaya enerji sahəsində təsirsiz ötüşmür”

Luici Di Maio: “Rusiyaya qarşı sanksiyalar Avropaya enerji sahəsində təsirsiz ötüşmür”

Mən Prezident İlham Əliyevlə görüşdüm. Növbəti saatlarda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimində iştirak edəcəyəm.
Bunu İtaliyanın xarici işlər naziri Luici Di Maio Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, Ceyhun Bayramovla Ukrayna məsələsini də müzakirə edib: “Qitədə İkinci dünya müharibəsindən sonra çox gərgin böhran yaradıb. Hər iki tərəf arasında danışıqların davam etdirilməsi bizim üçün prioritetdir. Türkiyə tərəfinin də addımları yüksək dəyərləndiririk. Rusiyaya qarşı sanksiyalar yalnız İtaliya deyil, bütün Avropa ölkələrinə enerji sahəsində təsirsiz ötüşmür. Bu kontekstdə də biz etibarlı və bu sahədə böyük potensiala malik olan tərəfdaşlarımızla əməkdaşlığa böyük diqqət yetiririk. İtaliya artıq Rusiyanın enerji asılılığından azad olmaq istəyir. Azərbaycan əsas prioritet tərəfdaşlardan biridir. Azərbaycanla əlaqələrimiz yalnız enerji sahəsində deyil. Bu gün Bakı ilə münasibətlərimiz yüksək səviyyədədir”.