• 26 Aprel 2024
logo
Azərbaycanda aparılan islahatlar Avropa Birliyi tərəfindən alqışlanır - Fərid Şəfiyev

Azərbaycanda aparılan islahatlar Avropa Birliyi tərəfindən alqışlanır - Fərid Şəfiyev

Son bir neçə ayda Azərbaycanda aparılan islahatlar Avropa Birliyi tərəfindən alqışlanır.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Brüssel səfəri barədə keçirilən mətbuat konfransında deyib:

F.Şəfiyev bildirib: "Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar Avropa Birliyində dəstəklənir və alqışlanır. Xüsusən də Milli Məclisin buraxılması, kadr islahatları və sair islahatlar çox müsbət qiymətləndirilir. Avropa Birliyi Azərbaycanda dərin islahatların getdiyini görür və nəticəyə inanır".