• 2 İyul 2025
logo
BMTİP: Azərbaycan azad olunmuş əraziləri minalardan təmizləmək üçün böyük iş görür

BMTİP: Azərbaycan azad olunmuş əraziləri minalardan təmizləmək üçün böyük iş görür

“BMT-nin İnkişaf Proqramı olaraq ANAMA ilə bərabər müştərək konfrans təşkil etdik. Çox xoş oldu ki, bu konfrans məhz 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününə təsadüf edir”.
Bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Suxrob Xojimatov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bugünkü konfransda azad olunmuş torpaqlarda aparılan mühüm işlər barədə məlumat verilib: “Bugünkü tədbir bir araya gəlməyimiz, təcrübələrimizi paylaşmağımız üçün təşkil olunub. Konfransda 30-dan çox ölkədən nümayəndələr öz təcrübələrini bölüşüb. Bu, çox sevindirici haldır. Düşünürəm ki, aparılan danışıqlar gələcəyə üfüq olacaq. Biz buranı artıq təcrübə məktəbi olaraq görürük”.
Suxrob Xojimatov qeyd edib ki, bu gün Azərbaycan azad olunmuş torpaqları minalardan təmizləmək üçün çox iş görür.