• 24 Yanvar 2020
logo
add image
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi. Deyir, seçkidə iştirak etmirik. Səbəb kimi də bir sürü bəhanəsi var.

Trend-in məlumatına görə, bunu jurnalist, siyasi şərhçi Azər Həsrət AXCP sədri Əli Kərimlinin növbədənkənar parlament seçkiləri ilə bağlı boykot çağırışını və "Milli Şura"nın seçkilərdə iştirak etməməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu adam sadəcə 125 dairə üzrə nəinki müşahidəçi, komissiya üzvü, heç deputatlığa namizəd də tapa biləcək durumda deyil: "Ona görə də ən yaxşısı boykotdur deyir. Soruşan olanda deyəcək ki, boykot eləmişik. Yoxsa 125 namizədi hardan tapsın bu adam?".

Qeyd edək ki, AXCP-nin də daxil olduğu "Milli Şura" bu gün növbədənkənar parlament seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edib.