• 15 Avqust 2020
logo
Səfir: Fransa ATƏT Minsk qrupundakı roluna sadiqdir

Səfir: Fransa ATƏT Minsk qrupundakı roluna sadiqdir

Fransa ATƏT Minsk qrupundakı roluna sadiqdir.

Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Səfir bildirib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün danışıqlar aparır və Azərbaycan bu danışıqların davam etməsində maraqlıdır:

“Biz başa düşürük ki, insanlar bu münaqişədə çox əziyyətlər çəkib. Fransa ATƏT Minsk qrupundakı roluna sadiqdir”.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.