• 19 Mart 2024
logo
Maksim Oreşkin: Azərbaycan-Rusiya münasibətləri möhkəm strateji əsasa malikdir

Maksim Oreşkin: Azərbaycan-Rusiya münasibətləri möhkəm strateji əsasa malikdir

Azərbaycan-Rusiya münasibətləri möhkəm iqtisadi və siyasi əsasa malikdir və bu, ölkələr arasında strateji tərəfdaşlığın təsdiqidir.

Trend-in məlumatına görə, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında deyib.

Nazir Prezident İlham Əliyevin sentyabr ayında Rusiyaya uğurlu səfərini və bu səfər çərçivəsində beş yol xəritəsi üzrə ciddi işlərin görüldüyünü qeyd edib:

“Xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfərinin yekunlarını qeyd etmək istəyirəm. Bu səfər çərçivəsində rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində altıncı yol xəritəsinin hazırlanması barədə razılıq əldə olundu və artıq ilk nəticələr var”.

M.Oreşkin əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq təkcə ticarət sahəsində müsbət nəticə göstərmir. O vurğulayıb ki, nəqliyyat və infrastruktur sahəsində Samur çayı üzərində körpü tikintisi kimi vacib layihə reallaşdırılır.