• 19 Mart 2024
logo
Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır

Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır

Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən vacib iqtisadi və ticarət tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında deyib.

O bildirib ki, Rusiyanın Cənubi Qafqazdakı ticarət əməliyyatlarının 45 faizi Azərbaycanın payına düşür, eyni zamanda Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsində birinci yeri tutur:

“Azərbaycan iqtisadiyyatın rəqəmsallaşdırılması, yüksək texnologiyalar və innovasiyalar sahələrində əlaqələrin genişlənməsini yüksək qiymətləndirir, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonu isə ikitərəfli iqtisadi münasibətlərin inkişafına xidmət edəcək”.