• 18 Aprel 2024
logo
Azərbaycan XİN Ukraynada yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib

Azərbaycan XİN Ukraynada yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhər kollecində baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Trend-in məlumatına görə, Azərbaycan XİN bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir: “Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.