• 28 Mart 2024
logo
BAXCP növbədənkənar parlament seçkilərində iştirak edəcək

BAXCP növbədənkənar parlament seçkilərində iştirak edəcək

Bü gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirlib. İclasda partiyanın 2020-ci ildə, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunub.
Aparılan müzakirələr nətəcisində BAXCP-nin Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edilib.
BAXCP 30 seçki dairəsi üzrə namizəd irəli sürəcək.
Yaxın günlərdə BAXCP tərəfindən müvafiq dairələr üzrə deputatlığa namizədliyi irəli sürülən şəxslər haqqında kütləvi informasiya vasitələrinə ətraflı məlumat veriləcək.