• 26 Aprel 2024
logo
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib.

Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin "Təqvim Planı” təsdiq edilib.

İclasda, həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dair müzakirələr aparılıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.