• 29 Mart 2024
logo
Miroslav Layçak: Dağlıq Qarabağ münaqişəsinin real eskalasiya təhlükəsi mövcuddur

Miroslav Layçak: Dağlıq Qarabağ münaqişəsinin real eskalasiya təhlükəsi mövcuddur

Dağlıq Qarabağ münaqişəsinin real eskalasiya təhlükəsi mövcuddur.

Bunu Slovakiyanın Xarici İşlər naziri və ATƏT-in hazırkı sədri Miroslav Layçak ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

O bildirib ki, dialoq bütün il boyu davam edib:

“Müxtəlif platformalar vasitəsilə təşkilatı etimadı möhkəmləndirmək, gərginliyi azaltmaq və dialoqu dəstəkləməyə çalışıb. Dağlıq Qarabağ münaqişəsinin real eskalasiya təhlükəsi mövcuddur. Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur. Amma qəti şəkildə əminəm ki, ATƏT-in yeni dialoq kanallarının açılması gərginliyin azaldılması üzrə səyləri misilsizdir və ATƏT sülh üçün konkret addımlara dəstək göstərən birinci təşkilatdır”.