• 19 Aprel 2024
logo
Komitə sədri: Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir

Komitə sədri: Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir

Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov vurğulayıb ki, bunlar üçün "Ermənistan dövləti" anlayışı yoxdur: “Bunlar bilirlər ki, heç zaman ora getməyəcəklər. Onların sırf korporativ maraqları var. Burada bir oyun var. Onlar diaspora vasitəsilə bizneslərini genişləndirmək, siyasi maraqlarını həyata keçirmək istəyirlər”.

Komitə sədrinin sözlərinə görə, erməni təxribatları ilə bağlı Azərbaycan diasporasına tapşırıq verilib:

“Xaricdə yaşayan diasporamıza tapşırıq verilib ki, mədəniyyətimizlə bağlı ermənilər hər hansı bir təxribat törədəcəklərsə, 10 qat cavabını alacaqlar. Lüksemburqda "Qarabağ" futbol komandamızın oyunu zamanı ermənilər təxribat törətməyə cəhd etdi və layiqli cavabını aldı”.