Ukrayna müharibəsində qaçqınların içərisində qadın və uşaqların sayı çoxdur.
Bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib.
“Son 11 bir gün ərzində İkinci Dünya müharibəsindən sonra bu sayda qaçqın gördük. Söhbət Ukraynadakı qaçqınlardan gedir”, - o vurğulayıb.