Ermənistanın törətdiyi mədəni soyqırımın ağır nəticələri Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra geniş şəkildə üzə çıxıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu Sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əvvəllər Azərbaycan Respublikası UNESCO-ya işğal olunmuş ərazilərə missiya həyata keçirmək üçün dəfələrlə müraciət edib, lakin bunun qarşısı erməni hərbi birləşmələrinin işğalı nəticəsində alınıb: “Bu fakt UNESCO-nun 2005-ci ildə dərc olunmuş fəaliyyət hesabatında öz əksini tapıb. Ermənistandakı Azərbaycanın tarixi-mədəni irsi də işğal altında olmuş ərazilərdəki irslə eyni taleyi paylaşır. Azərbaycan tərəfindən bu faktlar dəfələrlə UNESCO-nun və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb".