Ukraynadakı humanitar böhran bizi narahat edir.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycandan Ukraynaya 11 milyon manat dəyərində tibbi avadanlıqlar və təcili ehtiyaclardan ibarət humanitar yardım göndərilib.
Nazir müavini Ukraynada Azərbaycan vətəndaşlarının da həlak olduğunu vurğulayıb: “Onların ailə üzvlərinə başsağlığı verirəm”.