"Azərbaycanla müttəfiqlik haqqında bəyannamənin imzalanması heç bir halda Rusiyanın Ermənistanla müttəfiqlik əməkdaşlığına heç bir problem yaratmır".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifində bildirib.
“Biz köhnə və yaxın müttəfiqimiz olan İrəvana münasibətdə bütün ikitərəfli öhdəliklərimizə əməl edəcəyik. Fikrimizcə, Bakı ilə imzalanan bəyannamə Rusiya, Azərbaycan və Ermənistan arasında təhlükəsizlik, iqtisadi və humanitar sahədə əməkdaşlığı möhkəmləndirəcək. Regiondan geosiyasi reallıqlaırn dəyişməsini nəzərə alaraq biz ikitərəfli hüquqi müqaviləbazasını yeniləyirik”, deyə Rusiya XİN rəsmisi vurğulayıb.