• 1 Dekabr 2023
logo
Nazir ABŞ Dövlət Departamentinin müşaviri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Nazir ABŞ Dövlət Departamentinin müşaviri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

25 fevral 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, Dövlət Katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.