Ukrayna təhlükəsizliklə əlaqədar olaraq hava məkanını mülki uçuşlar üçün bağlayıb.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski brifinqdə bildirib.
“Lakin biz alternativ marşrutların axtarışındayıq ki, Ukraynanı tərk etmək istəyənlər, o cümlədən azərbaycanlılar həmin yollar vasitəsilə ölkəndən çıxa bilsinlər”, - diplomat vurğulayıb.
Səfir Xocalı soyqırımının ildönümü ilə bağlı Ukraynadan Azərbaycana qonaqların gəldiyini, ölkəsinin hava məkanını mülki uçuşlar üçün bağlamasına görə onların Azərbaycanda qaldığını qeyd edib.