• 11 Dekabr 2023
logo
Milli Məclis beynəlxalq təşkilatları Xocalı soyqırımını tanımağa çağırıb

Milli Məclis beynəlxalq təşkilatları Xocalı soyqırımını tanımağa çağırıb

Azərbaycan Milli Məclisi BMT, Avropa İttifaqı, MDB, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlara müraciət edib.
Xocalı soyqırımının 30 illiyi ilə bağlı Milli Məclisin bu gün qəbul etdiyi Bəyanatda beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıması və pisləməsi, gələcəkdə dünya ölkələrində bu cür aktların baş verməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməsi istənilir.