• 1 Dekabr 2023
logo
Nazir müavini Ermənistana qarşı qaldırılan məhkəmə iddialarından danışıb

Nazir müavini Ermənistana qarşı qaldırılan məhkəmə iddialarından danışıb

Azərbaycan 2021-ci il 23 sentyabrda “İrqi Ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyanın tələblərinin pozulmasına görə Ermənistana qarşı dövlətlərarası iddia qaldırıb və oktyabr ayında iddia üzrə ilk dinləmələr keçirilib, növbəti illərdə işə mahiyyəti üzrə baxılacaq.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ADA universitetində Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı konfransda deyib.
Nazir müavininin sözlərinə görə, qaldırılan iddiada Xocalı soyqırımının Ermənistan tərəfindən uzun illər sistemli etnik təmizləmənin tərkib hissəsi kimi törədildiyi qeyd olunub.
Elnur Məmmədov qeyd edib ki, bu gün Azərbaycanın gündəliyində sülh aparıcı yer tutur, ancaq Ermənistanın törətdiyi cinayətlərə hüquq qiymət verilməli, bu cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır.