• 4 Dekabr 2023
logo
Moldova parlamentinin sədrinin azad edilmiş ərazilərə səfəri başlayıb

Moldova parlamentinin sədrinin azad edilmiş ərazilərə səfəri başlayıb

Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.
Səfər çərçivəsində nümayəndə heyətinin Şuşa Qala divarlarını, Cıdır düzünü, Bülbülün ev muzeyini və digər tarixi məkanları ziyarət etməsi nəzərdə tutulur.
Qonaqlar Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.