“Biz hər zaman bəyan etmişik ki, Azərbaycan qonşu Rusiya dövləti ilə ikitərəfli münasibətləri inkişaf etdirməlidir. Hər iki dövlər arasında bərabər hüquqlu və qarşılıqlı əlaqələrin qurulması Azərbaycanın dövlət və milli maraqlarına xidmət edir. Bu gün də Azərbaycanın Xarici İşlər Nazirliyi Moskvada “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin mətnini açıqladı. Bəyannamədə qeyd olunur ki, Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini hərtərəfli nəzərdən keçirərək, Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə arxalanaraq imzalanıb”- bu fikirləri “Moderator.az” saytına BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Bəyannamənin əsas istiqamətləri , birinci növbədə Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar:” Bütün bunlar imzalanmış bəyanamədə öz əksini tapır. Həmçinin Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər.”
BAXCP sədrinin müavinin sözlərinə görə, Rusiya bu günə qədər Ermənistanla çox yaxın münasibətdə olub və bu gün də ermənilər daha çox maraqlıdır ki, Rusiya ilə Azərbaycan münasibətləri çox pis formada olsun:” Əlbəttə ki, Ermənistan üçün gözənilməz oldu. Ermənilər və güclü erməni diasporası, həmçinin də Qərbin də maraqlarına uyğundur ki, Rusiya həm Azərbaycanla, həm də qardaş Türkiyə ilə normal münasibətləri olmasın. Və 44 günlük Vətən müharibəsindən sonra hər imkanla bu münasibətlrəin pozulmasına çalışırlar. Buna görə də atılan addım Ermənistanın böyük bir zərbədir. “
Orduxanlının fikirincə, Prezident İlham Əliyev Azərbaycan dövlət maraqlarının əleyhinə heç bir sənədə imza atacağına qəti inanmır:”Bu, birmənalı belədir. Uzun müddətdir biz bir cəmiyyət olaraq bunun şahidi oluruq. Hətta torpaqlarımızın 20% işğal altında odluğu dövrdə İlham Əliyev bir addım belə geri addım atmayıb. Bu sənəddə də hər hansı bir Azərbaycanın əleyhinə olduğuna inanmıram. Adətən bu tipli sənədlər bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyir. Kiməsə üstünlük, preferensihalar verilmir. Tərəflər üzərlırinə öhdəliklər götürürlər, bir birinin daxili işlərinş qarışmırlar, təhlükə zamanı dəstək verirlər. Ermənistan KTMT-nin də üzvlük, Rusiya ilə müttəfiqlik münasibətlərindən geniş yararlanmağa çalışdı. Amma indi bu müqavilə onu bu imkandan da tamami məhrum edir. Azərbaycan Qoşulmama Hərəkatının üzvü və sədridir. Heç bir qütbdə heç bir qütbə qarşı təmsil olunmur və bundan sonra da olunmayacaq. Ölkənin müstəqil siyasəti var. Əminliklə demək olar ki, Türkiyə ilə Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz üçün bu çox əlverişli məqamdır. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olsaq, yaxın zamanlarda Avropa İtyifa1ı ilə ikitərəfli saziş imzalamaq güc bacarıq, məharətli diplomatiya tələb edir. Azərbaycan eyni hüquqlu istənilən dövlətlə və ya təşkilatla əməkdaşlıq edir.”