• 14 Dekabr 2019
logo
add image
Dilarə Seyidzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM

Dilarə Seyidzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Dilarə Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.