• 1 Dekabr 2023
logo
Moldova parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Moldova parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

Bu gün Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ölkəmizə rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İqor Qrosunun başçılıq etdiyi Moldova parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Moldovanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Nikolae Kojuhari və digər rəsmi şəxslər qarşılayıblar.
Burada İqor Qrosu Azərbaycana səfəri barədə media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Rəsmi səfər fevralın 24-də başa çatacaq.
***
saat 15.40

Moldova parlamentinin sədri İqor Qrosunun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.
Səfər fevralın 24-dək davam edəcək.
Səfər çərçivəsində İqor Qrosun Azərbaycanın dövlət və hökumət nümayəndələri ilə görüşləri nəzərdə tutulur.