“2017-ci il fevralın 21-də Prezident İlhamƏliyevin imzaladığı Sərəncama əsasənMehriban xanım Əliyevanın Birinci vitse-prezidenti təyin olunması idarəetmədə müasirçağırışlara uyğun, daha çevik və səmərəlifəaliyyətə şərait yaratdı”. Baymedia.az xəbərverir ki, bu fikirləri millət vəkili AydınHüseynov öz facebook səhifəsində qeyd edib.Millət vəkili vurğulayıb ki, Mehriban xanımƏliyeva uzun illər humanist siyasəti, Azərbaycanın milli dəyərlərinin, mədəni irsininqorunması və təbliğatının aparılmasındakıxidmətləri, eyni zamanda xeyriyyəçilikfəaliyyəti ilə xalqımızın dərin sevgisini qazanıb: “Birinci vitse-prezident kimi ilk müşavirəsini məcburi köçkünlərin problemlərinə həsr etməsiMehriban xanım Əliyevanın xalqımızın həssas təbəqəsinə nə qədər diqqət və qayğı ilə yanaşdığını göstərir.
Bundan başqa O, çoxsaylı uğurlu xarici səfərləriilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə nail olub.
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərə səfərləri zamanı Ali Baş Komandan İlham Əliyevlə birgə olan Mehriban xanım Əliyeva həm Birinci vitse-prezident, həm də birinci xanım kimi missiyasını sədaqətlə yerinə yetirib.
Milli dəyərlərə sadiqlik fəaliyyətinin prioritet istiqaməti olan Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və güclənməsi istiqamətində əzmkar fəaliyyət göstərir.
Ona can sağlığı və yorulmaz fəaliyyətində uğurlar arzulayıram”.