• 11 Dekabr 2023
logo
MN: Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır

MN: Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır

Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni sosial şəbəkələrində yayılan xəbərə münasibət bildirib.
MN-nin məlumatında deyilir:
"Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır".