• 26 Oktyabr 2020
logo
Bizə Avropaya inteqrasiya lazım deyil...

Bizə Avropaya inteqrasiya lazım deyil...

Başlıqda yer alan bu fikri Azərbaycan Prezidenti İlham Əliyev səsləndirib. Bir neçə gündür sosial şəbəkələrdə bu fikirə ritorik reaksiyalara rast gəlirəm. Əslində ən yaxşı olanı bəlkə də budur. Doğurdan da bizə heç yerə inteqrasiya lazım deyil.

-Siyasi komanda daxilindəki çəkişmələr nəzarət altına alındı...

-Yetərincə ciddi siyasi fiqurlar vəzifədən uzaqlaşdırıldı..

-Siyasi komanda gəncləşir...

-Medianın siyasi və maddi inhisardan çıxarılması istiqamətində addımlar atılır...

Xaricdəki söyüş müxalifəti zərərsizləşdirilib..

-Siyasi mühacir olayları cəmiyyəti müxalifətin simasını dəqiqliklə göstərdi...

-Müxalifət deyilənlərin iç üzü Almaniyada “mühacir ovu” əməliyyatı ilə açıldı. Almanlar da Müsavat başqanı Arif Hacılını tanıdı, amma o özünü sırımaq istədiyi tərəfdən yox. JEK müdiri kimi arayış verməyindən tanıdı...

-AXCP-ni hamı bir daha gördü. Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Əli Kərimli ilə birgə...

-Müxalifətin aksiyaları fiaskoya uğradı. Başı yarılan, yaxası cırılan, efirdə ağlaşanların dili gödəldi. Məlum oldu ki, səfirliklərədən və hakim komandada islahat prosesindən xəbərdar olan narazılardan bəhrələnənlərdən başqa kimsə deyillər...

-HƏPşirənlərin əvvəlcə yalan danışdıqları, sonra fırıldaq partiya qurduqları üzə çıxdı...

-Milli Məclisin buraxıldı...

Qalır Dağlıq Qarabağ məsələsi və insanların sosial rifahı halının yaxşılaşması. Dövlətə və siyasi liderə dəstək olmağın əsl zamanıdır. Bizə əqidəsi və məqsədi Azərbaycan olan siyasi lider gərəkdir. Əqidəsi razılaşmalarda dondan dona girən, hər kəslə ittifaq qurmaq “istedadında” olan, on dörd ildən sonra qəfil bağıranlar onda nə idilərsə, indi də odurlar. Uğurlar cənab Prezident!.. Bizə doğurdan da Avropaya inteqrasiya lazım deyil, özümüzə qayıtmaq lazımdır, özümüzə... Bizə doğurdan da Avropaya inteqrasiya lazım deyil, özümüzə qayıtmaq lazımdır, özümüzə...

Jalə Mütəllimova