• 11 Dekabr 2023
logo
BQXK I Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 793 bioloji nümunə götürüb

BQXK I Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 793 bioloji nümunə götürüb

90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailə üzvlərindən bioloji nümunələr götürülüb.
Bu, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı və Bərdə ofislərinin 2021-ci il üçün əsas fəaliyyətləri ilə bağlı hesabatda yer alıb.
Qeyd edilib ki, 793 bioloji referent nümunəsi insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən götürülüb.