• 29 Noyabr 2023
logo
Azərbaycana qarşı dezinformasiya və hibrid təhdidlər - AzTv-nin efirində MÜZAKİRƏ

Azərbaycana qarşı dezinformasiya və hibrid təhdidlər - AzTv-nin efirində MÜZAKİRƏ - VİDEO

Azərbaycan Televiziyasının (AzTv) canlı efirində aparıcı Jalə Əskərovanın təqdimatında "Çıxışa doğru" verilişi yayınlanıb.

İctimai-siyasi proqramın qonaqları "Yeni Müsavat" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu, Xalq Cəbhəsi qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyli, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov və professor, STM-in İdarə Heyətinin üzvü Tahirə Allahyarova olub.

Proqramda "Azərbaycana qarşı dezinformasiya və hibrid təhdidlər" mövzusunda, həmçinin gündəmdə olan ən aktual məsələlər haqqında geniş müzakirə aparılıb. Mövzu ilə bağlı öz fikirlərini bildirən qonaqlar, eyni zamanda problemin həll yolları barədə təkliflər irəli sürüblər.

Musavat.com olaraq sözügedən verilişi təqdim edirik: