• 2 Dekabr 2023
logo
“İctimaiyyət arasında dalana dirənmişdi”

“İctimaiyyət arasında dalana dirənmişdi”

Ramiz Mehdiyev gec də olsa başa düşdü ki, istefa verməyin zamanıdır, dirəniş göstərməyin mənası və nəticəsi olmayacaq.
Bu sözləri BayMedia-ya açıqlamasında Azərbaycan Təkamül Partiyasının (ATP) sədri Teyyub Qəni deyib.
“O, gördü ki, bütün ictimaiyyət, elm adamları, tanınmış ziyalılar onu tənqid atəşinə tutublar. İstefa verməsəydi daha ağır ittihamlarla üzləşə biləcəkdi. O istefa verməklə AMEA xilas oldu. Ramiz Mehdiyevin başqa çıxış yolu qalmamışdı, artıq ictimaiyyət arasında dalana dirənmişdi. Özü isə dirəniş göstərməyə gücü qalmamışdı. Onun istefası bütün tərəflərin xeyrinədir, çoxdan addım atmalıydı. Yenə də şükür, yoxsa bataqlıqda qalacaqdı” – deyə Teyyub Qəni əlavə edib.