• 7 Oktyabr 2024
logo
Milli Məclisin sədri yeni Ombudsmanla bağlı qərar imzalayıb

Milli Məclisin sədri yeni Ombudsmanla bağlı qərar imzalayıb

Milli Məclisin sədri Oqtay Əsədov yeni Ombudsmanla bağlı qərar imzalayıb.

Trend-in məlumatına görə, qərarda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 6-cı bəndinə və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə təqdim edilmiş Səbinə Yaşar qızı Əliyevanın, Kəmalə Zakir qızı Əliyevanın və Kəmalə Nəbi qızı Abıyevanın namizədliklərini müzakirə edərək, qərara alır:

Səbinə Yaşar qızı Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilsin".